• cümə axşamı, 25 aprel, 09:38
  • Baku Bakı 14°C

Türkiyədə çox sayda PKK mənsubu həbs olunub

20.03.19 14:24 466
Türkiyədə çox sayda PKK mənsubu həbs olunub
Türkiyənin Ankara və İzmir vilayətlərində PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
AZƏRTACxəbər verir ki, əməliyyat nəticəsində Ankarada PKK üzvü olduqları ehtimal edilən 9 nəfər, İzmirdə isə 10 nəfər saxlanılıb. Onlardan terrorçuluqda istifadə olunan ləvazimatlar götürülüb. Bildirilir ki, həbs edilən qruplar Novruz şənliklərində təxribat törətməyə hazırlaşırmışlar.
Bundan başqa, Elazığda PKK mənsublarına məxsus qayıq aşkarlanıb. Terrorçuların qayıqla PKK üçün mütəmadi olaraq ləvazimatlar daşıdıqları müəyyən edilib.

banner

Oxşar Xəbərlər