• cümə, 19 Aprel, 00:10
  • Baku Bakı 18°C

Türkiyədə çevriliş cəhdi işi üzrə 23 hərbçi ömürlük həbs cəzasına məhkum edilib

15.06.17 22:19 1193
Türkiyədə çevriliş cəhdi işi üzrə 23 hərbçi ömürlük həbs cəzasına məhkum edilib
Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə, Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar. Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi "Akıncı” aviabazasına aparıblar.
26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.
banner

Oxşar Xəbərlər