Türkiyədə benzinin qiymətinə endirim tətbiq olunub
Türkiyədə benzinin qiymətinə 17 qəpik endirim tətbiq edilib.
AZƏRTACxəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı (PÜİS) məlumat yayıb. Bildirilir ki, bu gündən etibarən benzinin bir litrinin qiymətinə 17 qəpik endirim tətbiq olunacaq.
Qiymətdəki endirimdən sonra Ankarada benzinin bir litrinin orta qiyməti 6,87 türk lirəsi, İstanbulda 6,81 lirə, İzmirdə isə 6,85 lirə təşkil edəcək.