Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatdı
Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb. Daha əvvəl 31 nəfərin öldüyü bildirilirdi.
Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir.Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.