• şənbə, 27 Aprel, 08:17
  • Baku Bakı 12°C

Türkiyədə baş verən qatar qəzasının səbəbi açıqlanıb

09.07.18 09:30 273
Türkiyədə baş verən qatar qəzasının səbəbi açıqlanıb
Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi rəsmən açıqlanıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysanyağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.
Xatırladaq ki, ötən gün Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü yaralanıb.
banner

Oxşar Xəbərlər