• çərşənbə axşamı, 23 aprel, 14:37
  • Baku Bakı 24°C

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

08.11.13 10:57 1296
Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi
Türkiyənin Balıkesir vilayətinin Erdek rayonunda azərbaycanlı qadının meyiti aşkarlanıb. Yerli mətbuatın xəbərinə görə, Azərbaycan əslli 49 yaşlı Səidə Eyvazovanın cəsədi rayon ərazisindəki zeytun bağlarından birində tapılıb. Məlumata görə, cəsədin üzərində çox sayda kəsici alətlə vurulmuş xəsarət izi var.
Eyvazovanın cəsədi Bursa şəhəri məhkəmə tibbi ekspertizasının meyitxanasına göndərilib. Ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Polis onunla birlikdə yaşayan türkiyəli kişini axtarır.
banner

Oxşar Xəbərlər