• cümə axşamı, 18 aprel, 17:36
  • Baku Bakı 22°C

Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib

09.05.21 17:15 962
Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib
Türkiyəli bəstəkar Turqay Evren Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələyib.
AZƏRTAC xəbər verir ki, "Many Years Ago” (İllər əvvəl) adlı mahnını amerikalı müğənni Della Miles ifa edib.
Bəstə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edildiyi gün baş verən faciəvi hadisələrin yad edilməsi məqsədilə mayın 8-də tviter və yutub şəbəkələrində yayımlanıb.
Bununla bağlı mediaya müsahibə verən Turqay Evren bundan əvvəl də haqsızlığa uğrayan digər xalqlar üçün mahnılar bəstələdiyini bildirib: "Ermənilər Azərbaycanda dinc əhaliyə, o cümlədən qadınlara və uşaqlara qarşı çox sayda qanunsuzluq və cinayət törədiblər. Azərbaycan xalqının ağrıları uzun illər qəlbimdə əks-səda verirdi. Mahnının sözlərinin ingilis dilində yazılmasının əsas səbəbi isə bu vəhşiliyi daha geniş dünya auditoriyasına çatdırmaq idi. Digər ölkələrin də Qarabağ məsələsini eşitməsini istərdim. Amerikalı müğənni Della Miles ilə mahnını müzakirə etdik. Fikri dəstəklədi və birlikdə melodiyanı yekunlaşdırdıq. Mahnı Ali Tolga Demirtaş tərəfindən aranjiman edilib”.
banner

Oxşar Xəbərlər