• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Türkiyədə 34 general həbs olunub

17.07.16 12:21 1018
Türkiyədə 34 general həbs olunub
Türkiyənin Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə xitam verdiyi 2745 hakim və prokuror haqqında çıxarılan həbs qərarlarının icrası davam etdirilir.
AZƏRTACAnadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbulda 140, Konyada 44, İzmirdə 14, Mersində 30, Elazığda 24, Antalya vilayətinin Alaniya rayonunda 13 hakim və prokuror həbs olunub. Həmçinin Van vilayətində barələrində həbs qərarı çıxarılan 53 hakim və prokurordan 15-i saxlanılıb.
Hakim və prokurorlarla yanaşı, hərbçilərin də həbsləri davam etdirilir. İndiyədək 34 general həbs olunub. Ümumilikdə üç minədək hərbçi saxlanılıb.
Həbs olunan şəxslər iyulun 15-də hərbi çevriliş cəhdində iştirak etməkdə, Konstitusiyaya qarşı çıxmaqda, dövlət əleyhinə fəaliyyətdə təqsirləndirilirlər.
banner

Oxşar Xəbərlər