• cümə axşamı, 18 aprel, 06:29
  • Baku Bakı 12°C

Türkiyədə 28 May Respublika Günü qeyd edilib

29.05.15 18:17 1102
Türkiyədə 28 May Respublika Günü qeyd edilib
28 may tarixində Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Ankarada J.W. Marriott Mehmanxanasında 28 May Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil edilib. Tədbirdə Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğan, Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri İsmet Sezqin və Hikmət Çətin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Abdulla Atay ilə yanaşı 27 general, millət vəkili Sinan Oğan, müxtəlif siyasi partiyaların təmsilçiləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər. Həmçinin 28 May Respublika Günü münasibətilə tədbirin təşkil olunduğu J.W. Marriott Mehmanxanasına çox sayda müxtəlif qurum və şəxslər tərəfindən əklil və çiçəklər göndərilib. Səfirlikdən “Kaspi”yə daxil olan məlumatda bildirilir ki, tTədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanıb. Ardından açılış nitqi üçün səfir Faiq Bağırov kürsüyə dəvət olunub. Səfir öz çıxışında, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkərək, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük bədəllər ödədiyini vurğulayıb. F.Bağırov həmçinin ölkəmizin hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək, Bakının ilk Avropa Oyunlarını təşkil etmək hüququnu qazanmasının ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya sayəsində Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olduğunu qeyd edib. Daha sonra söz, Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğana verilmişdir. Türk rəsmisi öz çıxışında Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini, TANAP başda olmaqla birlikdə həyata keçirilən qlobal layihələr sayəsində iki ölkənin dünyanın parlayan ulduzlarına çevrildiyini vurğulayıb.
Tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları təqdim olunub. Tədbir Türkiyənin TRT HABER, TRT AVAZ telekanalları və Anadolu Agentliyi tərəfindən işıqlandırılıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər