• şənbə, 27 Aprel, 03:21
  • Baku Bakı 14°C

Türkiyə “Zeytun budağı”nı dayandırmayacaq

21.02.18 15:15 622
Türkiyə “Zeytun budağı”nı dayandırmayacaq
Türkiyə "Zeytun budağı” əməliyyatını dayandırmayacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O vurğulayıb ki, Suriya ordusu Afrinə girsə belə, əməliyyat dayandırılmayacaq
İ.Kalının sözlərinə görə, Türkiyə Suriyada beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir və öz sərhədlərini terrorçulardan müdafiə edir: ""Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünə qarşı yönəlməyib”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
banner

Oxşar Xəbərlər