• cümə, 19 Aprel, 07:06
  • Baku Bakı 13°C

Türkiyə zabiti ABŞ-dan sığınacaq istəyib

10.08.16 08:23 864
Türkiyə zabiti ABŞ-dan sığınacaq istəyib
ABŞ-ın Virciniya ştatındaNATObirləşməsində xidmət çəkən Türkiyə ordusunun zabiti hərbi çevrilişə cəhdinaraşdırılması iləəlaqədar geri çağırıldıqdan sonra ABŞ-dan sığınacaq istəyib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu "Röyters” agentliyinə amerikalı məmurlar bildirib. Agentlik türkiyəli hərbçinin ABŞ-dan sığınacaq istəməsinin tarixdə ilk hal olduğunu qeyd edir.

Mənbənin məlumatına görə, türkiyəli zabitNATO-nun Birləşmiş Silahlı Qüvvələrinin transformasiyası üzrə komandanlığının Norfolk şəhərində yerləşən mənzil qərargahında xidmət çəkib. Hərbçinin kimliyi və rütbəsi açıqlanmır.

Türkiyənin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, Türkiyə məhkəməsi iyulun 22-də kontr-admiral Mustafa Uğurlu həbsinə dair order verdikdən sonra həmin hərbçidən heç bir məlumat daxil olmayıb.

"Mustafa Uğurlu iyulun 22-də medallarını və şəxsiyyət vəsiqəsini bazada qoyaraq yoxa çıxıb. Bundan sonra ondan heç bir xəbər olmayıb”, - deyə mənbə bildirib.

Türkiyəli məmur ABŞ-da xidmət çəkən daha iki türkiyəli zabitin geri çağırıldığını bildirib.
banner

Oxşar Xəbərlər