AZE | RUS | ENG |

Türkiyə öz hava məkanını Ermənistan üçün bağlaya bilər

Türkiyə öz hava məkanını Ermənistan üçün bağlaya bilər
Diplomatik mənbə bildirib ki, ermənilər Dağlıq Qarabağa uçuşlar həyata keçirsə, bu baş verə bilər


Ermənilər işğal altında olan Azərbaycan ərazilərinə uçuşlara başlayacağı təqdirdə, Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlaya bilər. APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan və Türkiyə arasında müəyyən anlaşmalar mövcuddur. Məlumata görə, bu məsələ son zamanlar bir neçə dəfə Azərbaycan və Türkiyənin aviasiya qurumları arasında müzakirə olunub. Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan deputatı Sinan Oğan da APA-ya açıqlamasında belə bir addımı mümkün sayıb: «Bizim tərəfimizdən bu məsələnin parlamentdə qaldırılması mümkündür. Amma bu zaman Naxçıvana uçuşların hansı marşrut üzrə keçirilməsi barədə müəyyən araşdırmalar da aparılmalıdır».

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917