AZE | RUS | ENG |

Türkiyə yığmasının baş məşqçisi Bakıya gəlir

Türkiyə yığmasının baş məşqçisi Bakıya gəlir
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı Bakıya gələcək. Milli.Az Apasporta istinadən xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssislə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 50 yaşlı mütəxəssis “Bakı”nın prezidenti Hafiz Məmmədovla AFFA-nın dəvəti əsasında ölkəmizə təşrif buyuracaq. Əvvəlcə Avcı aprelin 30-da paytaxtın eyniadlı komandası ilə İspaniya “Atletiko”su arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü izləyəcək. Ertəsi gün isə o, Azərbaycan və dünyanın veteran futbolçularının Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yoldaşlıq görüşünün iştirakçısı olacaq. Qeyd edək ki, “Atletiko”nun heyətində Türkiyə milli komandasının futbolçularından Arda Turan çıxış edir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805