• şənbə, 20 Aprel, 11:50
  • Baku Bakı 14°C

Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlib

05.11.14 13:55 1457
Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlib
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general-leytenant Zəkai Aksakallının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, Z. Aksakallının başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Səfər noyabrın 8-də başa çatacaq.
Qeyd edək ki, bu, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandanlığından Azərbaycana komandan qismində ilk səfərdir.
banner

Oxşar Xəbərlər