• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Türkiyə XİN Yunanıstanı qaçqınların qovulmasını dayandırmağa çağırıb

01.03.21 09:15 449
Türkiyə XİN Yunanıstanı qaçqınların qovulmasını dayandırmağa çağırıb
Türkiyə Yunanıstanı öz ərazisindən qaçqınların qovulmasını dayandırmağa çağırır.
APAxəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
"Yunanistan hökumətini və qaçqınların qovulmasında iştirak edənləri beynəlxalq hüquqla tənzimlənən, AB qanunvericiliyində və miqrantlara dair 18 mart 2016-ci il tarixli müqavilədə göstərilmiş insan haqlarının pozulması kimi bu cür təcrübələrə son qoymağa çağırırıq”, - deyə sənəddə qeyd olunub.

Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, "18 fevral tarixində Yunanıstan təhlükəsizlik qüvvələri COVID-19 testi bəhanəsi ilə qaçqın düşərgəsindən çıxarılan və aralarında qadın və uşaqların da olduğu 13 nəfərlik bir ailəni yenidən Türkiyəyə qovublar”.
"Qaçqınlar döyüldükdən, qiymətli əşyaları və pulları əllərindən alındıqdan sonra Türkiyə ərazisinə qovulublar. Son dörd ildə ölkəmizə 80 mindən çox qaçqın qovulub”, - XİN-in kommünikesində belə deyilir.

banner

Oxşar Xəbərlər