AZE | RUS | ENG |

Türkiyə XİN ölkə vətəndaşlarına ABŞ-a səfər etməməyi tövsiyə edib

Türkiyə XİN ölkə vətəndaşlarına ABŞ-a səfər etməməyi tövsiyə edib
Türkiyə Xarici İşlər Nazirliyiterror və həbs təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarını ABŞ-a səfər etməməyi, səfər edəcəkləri halda ehtiyatlı olmağı tövsiyə edib.
 
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in ABŞ-a səyahətlə bağlı xəbərdarlığında bildirilir ki, ABŞ-da son zamanlar terror aktları və zorakılıq olaylarının artdığı müşahidə olunmaqdadır.
 
Eyni zamanda terror aktları ilə bərabər, avtomobillərin kütlələrin üzərinə sürülməsi, bu zaman şəhər mərkəzlərində kütləvi mədəni tədbirlər, metro stansiyaları, ictimai binalar, ibadət yerləri, hətta məktəb yataqxanalarının hədəf alınması hallarına rast gəlinir. Türkiyə XİN ABŞ-da yaxın vaxtlarda baş verən terror hadisələrini sadalayır, bunların terrorizm və zorakılıq nümunələri olduğunu qeyd edir. Xəbərdarlıqda Türkiyədən rəsmi səfərə gedən vətəndaşların ABŞ-da qanunsuz həbs olunduğu, FETÖ terror təşkilatının üzvlərinin və terror təşkilatına rəğbət bəsləyənlərin əsassız iddiaları əsasında məhkəmələrin qərar verdiyi vurğulanır.
 
Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində təhlükəsizlik baxımından Türkiyəni Sudan və Venesuela kimi üçüncü risk qrupunda göstərib, Türkiyəyə səfər edəcək ABŞ vətəndaşlarına bu barədə yenidən düşünməyi tövsiyə edib. Bununla əlaqədar ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Filipp Kosnett Türkiyə XİN-ə çağırılıb və ona rəsmi Ankaranın narahatlığı çatdırılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000