Türkiyə XİN: İrandakı hadisələri ABŞ qızışdırır
ABŞ, xüsusilə də
Prezident Donald Tramp İrandakı hadisələri qızışdırır.
Trend-in məlumatına
görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir vurğulayıb
ki, Türkiyə İrana xarici müdaxilə olunmasına qarşıdır. O həmçinin əlavə edib
ki, İrandakı hadisələr ölkənin daxili işidir.