• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

Türkiyə XİN: “Əhməd Davudoğlu elə söz deməyib”

08.11.13 09:51 1218
Türkiyə XİN: “Əhməd Davudoğlu elə söz deməyib”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyənin Ermənistanla sərhədlərini açmağa hazırlaşdığını deməsi ilə bağlı xəbərlərə bu ölkənin Xarici İşlər Nazirliyi münasibət bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Lent. az-a daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Gömrükçü, Ə.Davudoğlunun Ermənistanla sərhədlərin açılması üçün Azərbaycan tərəfini razı salmağa çalışdığı barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Nazirlik rəsmisi bildirib ki, A.Davudoğlunun adından yayılan xəbərlər doğru deyil: “Bu xəbərlər doğru deyil və etibar etməmək lazımdır. Türkiyə Cənubi Qafqazda sülhün bütöv bir çərçivədə inkişaf etdirilməsini istəyir. Bu aspektdə də ölkəmiz Azərbaycandakı işğalın sona çatdırılması ilə bağlı addımlarla yanaşı, bölgədəki əməkdaşlığın inkişaf etdirilməsinə dair hər cür müsbət addımı xoş qarşılayacağını bəyan edib. Bu mövzu ilə bağlı Azərbaycanla aramızda əməkdaşlıq mövcuddur. Hər bir hadisəni bütün səviyyələrdə ətraflı şəkildə müzakirə edirik. Bunları da bir tərəfin qarşı tərəfi yola gətirmək yox, qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər kimi dəyərləndirmək lazımdır. Azərbaycanın razı salınacağı barədə dünən mətbuatda yayılan ifadələr doğru xəbər deyil. Ancaq Türkiyə regionda atılacaq addımlarla paralel şəkildə əməkdaşlığın hərtərəfli formada inkişaf etdirilməsinə dair hər addımı müsbət qiymətləndirəcək”.
Minsk qrupunun həmsədrlərinin Ermənistana səfər etməsinə də toxunan L.Gömrükçü deyib ki, Türkiyə bu prosesi yaxından izləyir və indiki halda problemin həlli ilə bağlı hansı addımların atılacağını demək mümkün deyil.
Nazirlik rəsmisi onu da qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsini və bir an öncə həll edilməsinin tərəfdarıdır və regionda sülhü dəstəkləyir.
banner

Oxşar Xəbərlər