• cümə, 19 Aprel, 04:19
  • Baku Bakı 18°C

Türkiyə XİN başçısı: "Səfir Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracağıq"

20.12.16 09:50 684
Türkiyə XİN başçısı: "Səfir Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracağıq"
"Rusiya səfiri Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracağıq".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
"Əlimizdən gələni edəcəyik ki, bu sui-qəsdin üstü açılsın. Türkiyə tərəfi bütün qurumlarını bu qətlin üstünün açılması üçün səfərbər edib", deyə Türkiyə XİN başçısı qeyd edib.
Mövlud Çavuşoğlu onu da əlavə edib ki,Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi iki ölkə münasibətlərinə zərər vurmayacaq. Türkiyə XİN başçısı səfir Andrey Karlovun qətlinin iki ölkənin terrorçuluğa qarşı birgə işinə də zərər vurmayacağını söyləyib: "Hər iki tərəf gözəl anlayır ki, bu alçaq addım heç vaxt bizim münasibətlərə zərər vurmayacaq. Ankara və Moskva bunun üçün əllərindən gələni etməyə hazırdır".

Çavuşoğlu vurğulayıb ki, bu cinayət Rusiya və Türkiyənin Suriyadakı vəziyyətin nizamlanması və mülki əhalinin xilası ilə bağlı birgə fəaliyyətinə qarşı yönəlib: «Bunu yaxşı başa düşərək biz, buna yol verməyəcyik. Bu hadisənin münasibətlərimizə, terrorçuluğa və terroçu təşkilatlara qarşı həmrəyliyimizə təsir etməsinə yol verməyəcəyik".
banner

Oxşar Xəbərlər