• cümə axşamı, 28 mart, 18:45
  • Baku Bakı 13°C

Türkiyə və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

08.02.18 09:55 574
Türkiyə və Özbəkistan prezidentləri arasında telefon danışığı olub
Şənbə günü Türkiyə və Özbəkistan prezidentləri Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev aralarında telefon danışığı olub.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı Özbəkistan prezidenti qeyd edib ki, onun 2017-ci il oktyabr ayında Türkiyəyə səfəri ölkələr arasında qarşılıqlı faydaya əsaslanan çoxtərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırıb.
Ərdoğan, öz növbəsində, həmkarına Türkiyə vətəndaşlarına turizm vauçerlərinə və Özbəkistan təşkilatlarının dəvət məktublarına ehtiyac olmadan 30-günlük vizanın verilməsinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı həmçinin digər aktual məsələlər müzakirə olunub.
banner

Oxşar Xəbərlər