• cümə axşamı, 28 mart, 18:47
  • Baku Bakı 13°C

Türkiyə və Rusiya Şərqi Qutadan 500 mülki şəxsin evakuasiyasını müzakirə edir

24.12.17 18:15 500
Türkiyə və Rusiya Şərqi Qutadan 500 mülki şəxsin evakuasiyasını müzakirə edir
Ankara və Moskva Dəməşqin Şərqi Quta qəsəbəsindən 500 mülki şəxsin evakuasiyası barədə danışıq aparır.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.
R. T. Ərdoğan deyib ki, Şərqi Qutada 400 minə yaxın mülki şəxs yaşayır: "Şərqi Qutada 500 nəfərin, o cümlədən 170 uşaq və qadının təcili yardıma ehtiyacı var. Biz Rusiya prezidentiVladimir Putinlə həmin şəxslərin problemsiz Türkiyə gətirilməsi və onlara tibbi yardım göstərilməsi məsələsini müzakirə edirik. Evakuasiya prosesinə Türkiyə Qızıl Ay Cəmiyyətinin və Fövqəladə hallarda təbii fəlakətlərin qarşısının alınması və ləğvi idarəsinin cəlb edilməsi nəzərdə tutulur".
banner

Oxşar Xəbərlər