AZE | RUS | ENG |

Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmlənir

Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmlənir
Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edəcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu bəyanat Pakistanın Ravalpindi şəhərində keçirilmiş Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun üçgünlük iclasından sonra verilib.
 
Bəyanatda bildirilir ki, iclasda müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələləri də müzakirə edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-leytenant Mətin Gurak pakistanlı həmkarları – Birgə Qərargah Komitəsinin rəisi Zubayir Mahmud Həyat və Baş Qərargah rəisi Nədim Raza ilə Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətə dair müzakirələr aparıb.
 
Tərəflər birgə hərbi təlimlərini keçirilməsi, hərbi texnikanın təkmilləşdirilməsi və qarşılıqlı səfərlərlə bağlı razılıq əldə ediblər.
 
Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun növbəti iclasının Ankarada keçirilməsi qərara alınıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056