• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Türkiyə və İraq regiondakı terrorçu qruplara qarşı mübarizədə yekdildir

21.01.18 19:29 499
Türkiyə və İraq regiondakı terrorçu qruplara qarşı mübarizədə yekdildir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər.
Anadolu agentliyinin məlumatına əsasən, İraqın xarici işlər naziri bölgədəki terrorçu qruplaşmaların zərərsizləşdirilməsi istiqamətində fəaliyyətinə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib. Nazir bildirib ki, Türkiyə İraq hökumətinə və xalqına bütün sahələrdə kömək etməkdədir.
İraqın ərazi bütövlüyünün qorunmasına hər cür dəstək verməkdə davam etdiklərini və bu istiqamətdə aparılan danışıqları dəstəklədiklərini diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, İŞİD, PKK, YPG, KCK və PJAK ayrı-ayrı ideologiyalara xidmət etsə də, onların hamısı terrorçu təşkilatlardır və Suriyanın bütün bölgələri terrorçu qruplardan təmizlənməlidir.
banner

Oxşar Xəbərlər