• çərşənbə axşamı, 23 aprel, 21:14
  • Baku Bakı 20°C

Türkiyə və Gürcüstandan Azərbaycana silah gətirilib

31.05.13 15:35 3870
Türkiyə və Gürcüstandan Azərbaycana silah gətirilib
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda həyata keçirilən gömrük nəzarəti zamanı bir sıra vətəndaşlardan silah-sursat götürülüb.
Dövlət Gömrük Komitəsindən Lent. az-a verilən məlumata görə, Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Agavat Nəsibovun idarə etdiyi “Opel Astra” markalı maşında gələn Təranə Qurbanovaya məxsus çantalarına gömrük baxışı zamanı üzərində 9 mm “Zoraki-Mod.914” yazılmış 1 ədəd tapança, nəqliyyat vasitəsinin salonunda arxa oturacağın altından isə 1 ədəd daraq və 14 ədəd 9 mm kalibrli patron aşkarlanıb.
Türkiyə və Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşları Kərim Şərifov və Aqşın Ağayevə məxsus əl çantalarına “Smiths HS-100100 T-is” markalı X-RAY detektoru ilə gömrük baxışı zamanı isə K.Şərifovdan 1 ədəd, A.Ağayevdən isə 3 ədəd “beşbarmaq” aşkar olunub.
banner

Oxşar Xəbərlər