• çərşənbə axşamı, 23 aprel, 15:56
  • Baku Bakı 24°C

Türkiyə və Gürcüstan arasında münasibətlər dərinləşir

03.06.20 15:11 731
Türkiyə və Gürcüstan arasında münasibətlər dərinləşir
Münasibətlər həm ikitərəfli, həm də regional səviyyədə strateji xarakter daşıyır
Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələsi gündəmə gəlib. İki ölkə mediasında yer alan xəbərlərə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Gürcüstana qeyri-uçuş aparatlarının çatdırılması ilə bağlı müqavilənin məxfiliyini saxlayacaq. Nordic Research Monitoring Network göstərir ki, bu razılaşma Gürcüstan Hərbi Akademiyasına müxtəlif təchizat vasitələrin çatdırılmasını nəzərdə tutur. Tərəflər arasında əldə olunan razılaşma qeyri-uçuş daşınmalarının çatdırılmasını nəzərdə tutulur.
Nordic Research Monitoring Network bu kimi qadağanın Rusiya-Türkiyə münasibətləri ilə bağlı olduğunu göstərmir. Belə ki, aprel ayında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstan ətrafında yaranmış vəziyyət və bundan irəli gələrək Moskva ilə Ankara arasında hər hansı bir anlaşılmazlığın olmadığını bildirib. "Biz heç də hər zaman Rusiya ilə müəyyən məsələlərdə razı olduğumuzu deməmişik, narazılığımızı ifadə etməkdən utanmamışıq. Necə ki, belə mövqeni Ukraynada Krımla bağlı, eləcə də, Gürcüstan, Suriya və hətta Liviya ilə bağlı nümayiş etdirmişik. Regionda heç bir dövlət bu və ya digər dövlətin xeyrinə seçim etmək öhdəliyini öz üzərinə götürməyib. Biz bütün iştirakçı dövlətlərlə balanslaşdırılmış siyasət yeritməliyik. Rusiya bizim qonşumuz və regionda ən əhəmiyyətli oyunçudur. Bu səbəbdən də Moskva ilə əməkdaşlıq təbii prosesdir”, - deyə XİN rəhbəri müsahibələrinin birində bildirib. Lakin Rusiya tərəfinin postsovet məkanını Yaxın Şərqin gündəminə daxil etmək əlamətləri açıq şəkildə üzdədir. Məsələn, ötən il Ukraynanın "Apostrof” nəşrinə müsahibəsində Avro-Asiya Yəhudi Konqresinin ictimai diplomatiya layihəsinin rəhbəri Ariel Bulşteyn maraqlı bir fikir səsləndirib. İsrail baş naziri Benyamin Netanyahunun yaxın ətrafına daxil olan bu şəxs İsrailin Moskvanın xahişi ilə Gürcüstana müəyyən növ silahların satılmasının qadağan edilməsi barədə qeyri-rəsmi razılaşmaya getdiyini bildirib. Onun sözlərinə görə, İsrailin ən azı iki dəfə Rusiyadan müəyyən növ silahları İrana satmamaq üçün tələbi və xahişi olub.
Yeri gəlmişkən, son zamanlar Türkiyə ilə İsrail arasındakı münasibətlərdə mümkün yumşalma ilə bağlı nikbinlik yaranıb. Mümkün irəliləyişin əlamətləri İsrailin milli aviaşirkəti olan "El Al”-ın 10 il davam edən fasilədən sonra mayın 24-də İstanbula ilk reysini etməsini göstərmək olar. Uçuşlar 2010-cu ilin may ayında Qəzzaya yardım aparan "Mavi Marmara” gəmisinin göyərtəsində İsrail komandoslarının 9 türk fəalını öldürməsindən sonra dayandırılıb.
Öz növbəsində türkiyəli politoloq Kərim Has "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, Moskvanın Krım, Donbas, Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağ, Dnestryanı bölgənin statusu barədə mövqeyi Ankaranın mövqeyi ilə üst-üstə düşmür. Burada dövlətlər müxtəlif düşərgələrdə yerləşirlər. Lakin bununla yanaşı, Türkiyənin indiki rəhbərliyi bu kartlardan yeri gələndə Moskvaya təsir etmək imkanı kimi yararlanmağa çalışır: "Rusiya ilə Türkiyə arasında Suriya və Liviyaya görə mürəkkəb olan münasibətləri nəzərə almaq gərəkdir”. Ekspert hesab edir ki, Gürcüstan və Türkiyənin əməkdaşlığı hakimiyyətdə kimin olmasından asılı deyil. Belə ki, rəsmi Ankara Tbilisinin NATO-ya üzv olmasının əsas tərəfdarlarından və dəstək verənlərindədir. "Bu, sözsüz ki, Moskva üçün qıcıq yaradır”, - deyə Has vurğulayıb. Tbilisi eləcə də, Azərbaycan-Gürcüstan- Türkiyə-Avropa neft-qaz boru xəttində enerji daşıyıcılarının çatdırılmasında başlıca halqalardan biridir. Türkiyənin indiki siyasi elitası hərdənbir Rusiya Federasiyasına xoş olmayan addımlar atır. Analitik xatırladır ki, son 20 ildə 2 mindən artıq gürcü hərbçisi Türkiyənin hərbi akademiyalarında təlim və tədris kurslarını bitiriblər. Türk mütəxəssisləri tərəfindən təqribən 3 min gürcü hərbçisi türk mütəxəssislər tərəfindən hazırlanıb. Ankara Tbilisi ilə müdafiə sferasında münasibətlərin inkişafına 50 mln. dollardan çox vəsait sərf edib. "Ukrayna ilə nümunə var ortada: Türkiyə prezidenti Ərdoğanın Kiyevə sonuncu səfəri zamanı bəlli oldu ki, Ankara Ukrayna ordusuna təqribən 200 mln. türk lirəsi (təqribən 30 mln. dollar) həcmində hərbi yardım göstərəcək”, - deyə türkiyəli ekspert vurğulayıb. Bundan əlavə, son illər Ankara və Kiyev arasında hərbi-texniki münasibətlər intensiv şəkildə inkişaf edir. Nəzərə alaq ki, Türkiyə ilə Gürcüstan arasında münasibətlər Gürcüstanın müstəqilliyini qazanmasından bu yana hər sahədə inkişaf edib və iki ölkə arasında müxtəlif sahələrdə çox sayda saziş imzalanıb.Türkiyə ilə Gürcüstan arasındakı münasibətlər strateji səviyyədədir. Eyni zamanda, 2007-ci ildən bu yana Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Türkiyə ilə Gürcüstan arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) qurulub.
Türkiyə və Gürcüstan arasındakı münasibətlər həm ikitərəfli, həm də regional səviyyədə strateji xarakter daşıyır. Gürcüstan həm Xəzər dənizi enerji qaynaqlarının Türkiyə və Qərb bazarlarına daşınması, həm də Türkiyə və Azərbaycan, Rusiya və Mərkəzi Asiya Respublikaları arasında nəqliyyat əlaqələri baxımından qapı rolunu oynayır.
Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, həm də ölkənin daxili məsələlərinin həllinə yardımçı olmağa çalışır. Türkiyə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və bu münaqişələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və sülh yolu ilə həll edilməsi tərəfindədir. Türkiyə Gürcüstanın Avropa-Atlantika qurumları ilə inteqrasiya səylərini də dəstəkləyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər