• cümə axşamı, 25 aprel, 05:25
  • Baku Bakı 19°C

Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

21.02.17 20:28 862
Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Türkiyə prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezidentİlham Əliyevgöstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər