• cümə axşamı, 28 mart, 14:37
  • Baku Bakı 16°C

Türkiyə və Azərbaycan “Kitabi Dədə Qorqud”la bağlı UNESCO-ya müraciət edəcək

22.05.17 15:00 918
Türkiyə və Azərbaycan “Kitabi Dədə Qorqud”la bağlı UNESCO-ya müraciət edəcək
"Azərbaycanlı turistlərin Türkiyəyə, türkiyəli turistlərin Azərbaycana səfərində heç bir problem yoxdur. İki ölkənin mədəniyyətlərinin, mətbəxlərinin yaxın olması da bunda mühüm rol oynayır”.
APA-nın məlumatına görə, bunu Antalyada öz işinə başlayan Birinci Dünya Media Forumunun panel iclasında azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı bildirib.
N. Avcı deyib ki, Türkiyə turizm sahəsindəki təcrübəsini hər zaman Azərbaycanla bölüşməyə çalışır: "Əgər Azərbaycanın hansısa ölkədə tanıtma bürosu yoxdursa, Türkiyənin həmin ölkədəki tanıtma büroları həm də Azərbaycanın tanıtma büroları kimi fəaliyyət göstərir. Çünki Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik”.
Türkiyəli nazir qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakıda Sabir bağında xarici ölkələrin günləri keçirilib: "Orada bütün ölkələrə bir gün, amma Türkiyəyə 2 gün ayrılmışdı. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək göstəricisidir”.
N. Avcı Azərbaycanın da Türkiyə kimi turizmdə ərəb bazarını yeni kəşf etdiyini söyləyib: "Ərəb ölkələri Türkiyə kimi, Azərbaycanı da yeni kəşf edir. Bu baxımdan Türkiyə öz təcrübəsini hər zaman Azərbaycanla bölüşür”.
İki ölkə arasında mədəni əlaqələr toxunan N. Avcı qeyd edib ki, lavaşı Türkiyə və Azərbaycan birlikdəUNESCO-nun ümumdünya mədəni irs siyahısına təqdim edib və təsdiqlədib: "Növbəti mərhələdə isə "Kitabi Dədə Qorqud” dastanı ilə bağlı müəyyən addımlar atmağı düşünürük”.
banner

Oxşar Xəbərlər