• cümə, 19 Aprel, 10:52
  • Baku Bakı 13°C

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir

26.04.18 10:30 622
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir
Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi iki ölkə arasında qardaşlığın, dostluğun göstəricisidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Süleymanov bildirib.
T.Süleymanov deyib ki, Prezident İlham Əliyevin bu səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq. Bu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.
Millət vəkili qeyd edib ki, iclas çərçivəsində bir sıra sahələr üzrə imzalanan sənədlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və hər iki ölkənin inkişafına xidmət edəcək.
Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir: "İki qardaş ölkə arasında əlaqələrin böyük tarixi var. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz "bir millət, iki dövlətik”. Rəcəb Tayyib Ərdoğan da iclasda bunu qeyd etdi və həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin daim Azərbaycanın yanında olmasını bir daha bəyan etdi. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Bu bizi çox sevindirir və inanırıq ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək”.

banner

Oxşar Xəbərlər