• şənbə, 20 Aprel, 13:18
  • Baku Bakı 23°C

Türkiyə Tutunun müalicəsini öz üzərinə götürdü

19.07.13 17:02 1421
Türkiyə Tutunun müalicəsini öz üzərinə götürdü
Sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında sağlıq durumu çətin olan, ayaqları tutulduğundan yeriyə bilməyən və qısa zaman içərisində Türkiyədə təcili əməliyyata ehtiyacı olan Qarabağ qazisi Rüxsarə(Tutu) Cumayeva ilə bağlı son günlər məlumatlar yayılıb.
Rüxsarə Cumayeva ilə bağlı xoş xəbər var.
Millət vəkili Qənirə Paşayeva Lent. az-a açıqlamasında bildirib ki, iki gün əvvəl “Tutu” kimi tanınan Rüxsarə Cumayevanı ziyarət edib, durumunun daha da ağırlaşdığını görərək Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Çoşğuna zəng edib.
Millət vəkili səfirə Rüxsarə Cumayevanın Türkiyədə təcili əməliyyata ehtiyacı olduğunu, ancaq onun əməliyyat və müalicə üçün maddi imkanının olmadığını bildirib. İsmail Alper Çoşğun Qarabağ qazisinə yardım ediləcəyini söyləyib. Bir gün sonra isə Türkiyə tərəfi onun müalicəsini öz üzərinə götürüb: “Rüxsarə xanımın biletlərini aldıq və o, artıq bazar ertəsi Türkiyəyə yola düşəcək. İnşaallah, Ankarada tam müalicə olunacaq. Bir az öncə Türkiyə səfirliyində konsul yardımçısı olan Behzat bəylə danışdıq və o, xəstəxanada Rüxsarə xanımı gözlədiklərini söylədi. Bir daha İsmail Alper Çoşğuna və səfirlik kollektivinə təşəkkür edirəm. Rüxsarə xanıma da qısa zamanda sağalıb əzizlərinin yanına qayıtmasını arzulayıram”.
banner

Oxşar Xəbərlər