• cümə axşamı, 25 aprel, 10:28
  • Baku Bakı 14°C

Türkiyə TANAP-da payını artırır

30.05.14 09:43 1089
Türkiyə TANAP-da payını artırır
Azərbaycanın energetika naziri Natiq Əliyev və onun türkiyəli həmkarı Taner Yıldız mayın 30-da İstanbulda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində Türkiyənin payının 30 faizədək artırılmasına dair müqavilə imzalayacaqlar.

Trend-in məlumatına görə, bu barədə dünya KİV-i cümə günü xəbər yayıblar.
Hazırda Türkiyənin TANAP layihəsində payı 20 faiz təşkil edir.
Bir müddət əvvəl ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat vermişdi ki, TANAP layihəsində 80 faizlik iştirak payından ən azı 51 faizini özündə saxlamaq niyyətindədir. "Şahdəniz" yatağının işlənməsi layihəsinin operatoru olan Britaniyanın BP şirkəti layihədə 12 faiz pay almaq niyyətindədir (sövfdələşmə 2014-cü ildə başa çatmalıdır).
TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədinədək nəqlini nəzərdə tutur.
TANAP layihəsinini səhmdarları 2014-cü ilin ikinci rübündə qaz kəmərinin təməlini qoymalı, 2018-ci ildə isə onu istismara verməlidirlər.
Qeyd edək ki, TANAP layihəsinin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
banner

Oxşar Xəbərlər