• çərşənbə, 24 Aprel, 08:23
  • Baku Bakı 13°C

Türkiyə Superliqası: “Başakşəhər” mövsümün davamını qələbə ilə başlayıb

14.06.20 10:15 685
Türkiyə Superliqası: “Başakşəhər” mövsümün davamını qələbə ilə başlayıb
İyunun 13-də futbol üzrə türkiyə Superliqasının XXVII turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün birinci qarşılaşmasında "Başakşəhər” doğma meydanda "Alanyaspor”u qəbul edib. Matçda hesabı 64-cü dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mahmut Tekdəmir açıb. Oyunun 80-cı dəqiqəsində "Başakşəhər”in yarımmüdafiəçisi Edin Viska fərqlənərək komandasına qələbə qazandırıb.
Günün ərzində "Beşiktaş”-"Antalyaspor” və "Yeni Malatyaspor”-"Kasımpaşa” matçları keçiriləcək.
Turun digər oyunları iyunun 14 və 15-də reallaşacaq.
Türkiyə çempionatında hazırda "Trabzonspor” 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan "Başakşəhər” ikincidir. "Qalatasaray” 50 xalla üçüncü, "Sivasspor” klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş” (44 xal), "Alanyaspor” (43 xal), "Fənərbağça” (43 xal) və digər komandalar gəlir. Çempionatın turnir cədvəlinin sonuncu pillələrində isə "Rizəspor” (25 xal), "Ankaragücü” (23 xal) və "Kayserispor” (22 xal) klubları yer alıblar.
banner

Oxşar Xəbərlər