• cümə, 29 Mart, 12:32
  • Baku Bakı 14°C

Türkiyə Super Liqasında “Beşiktaş” "Qalatasaray"ı darmadağın edib

03.12.17 11:45 2832
Türkiyə Super Liqasında “Beşiktaş” "Qalatasaray"ı darmadağın edib
Türkiyə Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə "Akhisar”la "Yeni Malatyaspor” üz-üzə gəlib.
Matçda hesab açılmayıb.
Həftənin mərkəzi görüşü də bu gün baş tutub. Son çempion "Beşiktaş” doğma divarlar arasında hazırkı lider "Qalatasaray”ı darmadağın edib (3:0)
İstanbulun bir digər böyük komandasın "Fənərbaxça” isə bazar günü "Kasımpaşa”nı qəbul edəcək.
Liderlər mövqeyində qərarlaşmış "Başakşəhər” də həftəsonunu evdə keçirəcək. Komanda "Osmanlıspor”u sınağa çəkəcək.
Türkiyə Super Liqası
XIV tur
2 dekabr
"Akhisar” – "Yeni Malatyaspor” – 0:0
"Karabükspor” – "Göztəpə” – 0:1
Qol: Yahoviç, 58
"Beşiktaş” – "Qalatasaray” - 3:0
Qollar: Cenk, 46, Tosiç, 70, Neqredo, 90+1
3 dekabr
15:00 "Gənclərbirliyi” – "Sivasspor”
15:00 "Konyaspor” – "Bursaspor”
17:30 "Başakşəhər” – "Osmanlıspor”
20:30 "Fənərbaxça” – "Kasımpaşa”
4 dekabr
21:00 "Alanyaspor” – "Kayserispor”
21:00 "Trabzonspor” – "Antalyaspor”
banner

Oxşar Xəbərlər