AZE | RUS | ENG |

Türkiyə siyasətində növbəti erotik qalmaqal

Türkiyə siyasətində növbəti erotik qalmaqal
Türkiyə baş nazirinin müavini Bülənd Arınç ilə ana müxalifət partiyası CHP-nin parlament fraksiyasının rəhbəri Muharrem İnce arasında qalmaqal böyüyür.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Bülənd Arınc noyabrın 20-də parlamentdə çıxışı zamanı millət vəkili kimi Muharrem İnce ilə bağlı qadına əxlaqsızlıq niyyəti ilə yanaşması barədə şikayət olduğunu söyləyib və ona namusdan, əxlaqdan danışmamağı məsləhət görüb.

Muharrem İnce isə çıxışında deyib ki, əgər hakimiyyətdə azacıq namus, əxlaq varsa, millət vəkili kimi toxunulmazlığını ləğv etsinlər, məhkəməyə çıxsın. O, haqqındakı şikayətin də sifarişli olduğunu, bununla bağlı prokurora Bülənd Arıncın təlimat verdiyini iddia edib.

Bülənd Arınc isə bu gün jurnalistlərə açıqlamasında məsələ ilə bağlı geniş danışıb: “İnsana qarşı hər cür ittiham səslənə bilər, ancaq bu günə qədər qadına əxlaqsızlıq niyyəti ilə yanaşmaqla əlaqədar millət vəkilinə qarşı şikayət olmamışdı. Muharrem İnce bağırıb-çığırmaqla bu işin üstünü örtə bilməz. İlk növbədə CHP-nin parlament fraksiyasının rəhbəri postundan istefa verməlidir. Nə baş verib? Bir qadın var, CHP üzvüdür, yerli təşkilatların birində təmsil olunur. O, bir gün Muharrem İnceni arayıb, qızı ilə bağlı bir məsələdə yardım istəyib. Qızına yardım edəcəyini söyləyib, ancaq qızına yardım etmək əvəzinə həmin qadın ilə münasibət yaratmağa çalışıb, söz atıb. Qadın buna görə hüquq-mühafizə orqanlarına şikayət edib, ancaq bir nəticə hasil olmayıb. Muharrem İncenin millət vəkili kimi toxunulmazlığı var. Muharrem İnce də sonra mobil telefonla qadına SMS mesajları göndərməyə başlayıb. Bundan sonra həmin qadın yenə şikayət edib. Bunları haradan bilirəm? İddiaları hazırlayan prokurorun parlamentə göndərdiyi ittihamnaməni oxudum. 8 səhifəlik ittihamnamədə Muharrem İncenin telefonundan gələn əxlaqsız mesajlar var. 3-4 mesajını oxudum, insanlığımdan utandım”.

Bülənd Arınç bildirib ki, Muharrem İnce hazırda millət vəkili olduğu üçün mühakimə edilə bilinmir: “Dünən də özü bunu inkar etmədi. Ancaq dünənki təhqiramiz sözlərinə və davranışına görə onu məhkəməyə verəcəyəm. Onun utandırıb, rəzil edəcəyəm. Yazdığı əxlaqsız mesajlara görə utanacaq. Partiyası da ondan utanacaq. Parlament də sonda Muharrem İnce ilə əlaqəni kəsəcək. CHP sədri Kemal Kılıçdaroğlu isə elə bu gündən Muharrem İncenin partiyasının parlament fraksiyasının rəhbəri postundan istefa verməsini istəməlidir. CHP-nin qadın millət vəkilləri də ondan uzaq durmalıdırlar”.

Qeyd edək ki, Türkiyədə son parlament seçkilərindən əvvəl CHP-nin o zamankı sədri Dəniz Baykal, o cümlədən MHP sədri Dövlət Baxçalının bir neçə müavini seks kasetlərinin üzə çıxması səbəbindən istefa vermişdilər...

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000