• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki sığınacaqlarına zərbə endirib

20.01.18 19:10 612
Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki sığınacaqlarına zərbə endirib
Türkiyə Silahlı Qüvvələri terrorçuların Suriyanın Afrin bölgəsindəki sığınacaqlarını top atəşi ilə vurub.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, zərbələr yanvarın 19-20-də PYD/PKK-nın Afrindən Türkiyə istiqamətində açdığı təxribat xarakterli atəşlərə cavab olaraq endirilib. Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, cavab atəşləri nəticəsində terror təşkilatının bir sıra obyektləri, o cümlədən sığınacaq və anbarları məhv edilib. Top atışları Türkiyənin özünümüdafiə hüququ əsasında həyata keçirilib.
Xatırladaq ki, Ankara sərhəd bölgəsinə toplaşmış PYD/PKK dəstələrinə qarşı irimiqyaslı əməliyyatları istisna etmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bəyan etmişdi ki, Afrində terrorçu qüvvələrə qarşı əməliyyat istənilən an başlaya bilər.
banner

Oxşar Xəbərlər