Türkiyə sərgiyə 16 təşkilat və xeyli sayda sənətçiylə qatılır - Fotolar
Sərgidə bu il Türk
Dünyasının Mədəniyyət paytaxtı olan
Kastamonu şəhəri və Qara dəniz şəhərləri önə çıxarılacaq.
Aprelin
5-dən 7-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi (AITF 2018) öz işinə başlayır.
Böyük
Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca
Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir
sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət
müşaviri Dr. İrfan Çiftçinin açıqlamasına görə bu il Türkiyə AITF 2018-də iştirak edəcək şirkət və qurumlarının sayında xeyli artım var.
Müşavirlikdən verilən məlumata görə, 2017-ci ildən bəri keçən bir il ərzində Azərbaycandan
Türkiyəyə gedən turist sayında 45 faizdən çox artım olub. Ona görə də Türkiyədən bu sərgidə iştirak etmək istəyən 50-dən çox
şirkət və təşkilat içərisindən yerin məhdudluğuna görə ancaq 16 təşkilata yer
verilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi builki sərgiyə tamamən yeni bir
dizayn quruluşu, digital yeniliklər və dərin mədəni, eləcə də sənət fəaliyyətləri ilə qatılacaq.
Bu inkişaflar əsasında
Türkiyənin turizm potensialını daha
dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm
Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb. Bunlardan biri bu il
TÜRKSOY tərəfindən 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı Kastamonunu
qabağa çəkmək və bölgə turizminə üstünlük
verildiyini nəzərə alaraq sərgidə yeni rəğbət qazanan təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə əhəmmiyət vermək olacaq.
Bundan
əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk
üslubunda
Kaliqrafi və Ebru sənəti ustası Bekir Ulsu, Türkiyənin məşhur təsbeh ustası Hüseyin Çelik, miniatürçü
Müjgan İşler, gümüş telkari ustası Hüseyn İşler, Bursa ipək toxuması ustası və
Uludağ Universiteti müəllimi Sevgi Yüksel Uzunöz kimi usta və sənətçilər tədbirə xüsusi
rəng qatacaqlar. Sərgidə sözügedən Qara dəniz bölgəsinin tanınmış Trabzon Horon əkibi və kazaziyyə (əlvan metallarla əl işi sənəti), eləcə də kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli
musiqi qrupları iştirak edəcəklər.
Konsert və tamaşalarda isə Türk musiqisini icra edən Türk və Azərbaycanlı
sənətçilər iştirak edəcəklər. Udi Serkan ÜN, Nizam MİRZƏYEV, Hazar ÖZPOLAT, Türk Musiqisi sənətçiləri Mine Bakır, Seyhan DAYIOĞLU , İller MƏMMƏDZADƏ (PİANO ), Ebru KARGI ( VİYOLA ), Trabzon Horon Əkibi, Türk Xalq
Oyunları Qrupu, Ege Zeybekləri Güldərən Aydın, Mustafa Enes, Bakı Türk
Oratoryosu Qrupu üç gün boyunca sərgi ziyarətçilərinə Türk musiqisinin klassik
və populyar örnəklərini ifa edəcəklər, həmçinin folklor qrupları ziyarətçiləri
coşduracaqlar.
Qeyd edək ki, bu il də "TÜRKİYƏ
EVİNİZ” /"Home Of Turkey” deyən Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq. Bundan başqa,
Türkiyə rəsmiləri və səfir Erkan Özoralın iştirakı ilə səfirliyin mədəniyyət müşavirliyi sərgidə
iştirak edən Türk təşkilatlarıyla Azərbaycanın turizm təşkilat və şirkətləri arasında
6 Aprel axşamı işgüzar görüşlər keçirməyi planlaşdırıb.