AZE | RUS | ENG |

Türkiyə səfirliyi xəbərdarlıq etdi

Türkiyə səfirliyi xəbərdarlıq etdi
Türkiyə universitetlərinə saxta qəbulla bağlı valideynlərə müraciət olundu


Türkiyə Azərbaycandakı Səfirliyi Türkiyə universitetlərində öz imkanları ilə təhsil almaq istəyən namizədlər və onların valideynlərinə müraciət edib. Səfirlikdən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, 2010-cu ildən etibarən Türkiyə universitetlərinə tələbə qəbulu, universitetlər tərəfindən müəyyən edilən və Ali Təhsil Şurasının təsdiq etdiyi şərtlərlə aparılır. Bu çərçivədə hazırda bəzi universitetlər öz imtahanlarını keçirir, bəzi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanı ballarına əsaslanır, bəziləri isə orta məktəb diplomu qiymətləri və tələbələrin beynəlxalq imtahanlardan topladığı balları diqqətə alır: “Son zamanlar ölkədə təhsil almaq istəyən tələbələrin və tələbələri bu məsələdə dəstəkləyən məsləhətçi təhsil şirkətlərinin sayı artmaqla yanaşı səfirliyə bəzi şikayətlər və müraciətlər daxil olmaya başlayıb. Bəzi məsləhətçi təhsil şirkətlərinin, Türkiyənin prestijli universitetlərinə imtahansız və yüksək qeydiyyat haqqı ödəməklə sadəcə, orta məktəb diplomu ilə tələbə qəbulunu təmin etdiklərini bəyan etdikləri məlum olub. Bu məsələ ilə bağlı aparılan tədqiqatdan və səfirliyə daxil olan şikayətlərdən, həmin şirkətlərin tələbələrə bəzi tanınmış ali təhsil müəssisələrində mövcud olmayan və imtahanla qəbul keçirilən bölümlərə diplom qiymətləri əsasında yerləşdirməyi söz verdikləri, bu vədin qarşılığında valideynlərdən 10000 manat kimi yüksək məbləğlər aldıqları öyrənilib. Şirkətlərdən bəzilərinin isə Türkiyə dövlətinin xarici tələbələr üçün təmin etdiyi bir fürsət olan “Türkiyə Təqaüdləri”ni qazandırmağa qarantiya verdikləri, valideynləri və tələbələri buna bənzər yalan bəyanlarla aldatdıqları müəyyən edilib. Səfirlik yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısının alınması üçün tələbələrin və valideynlərin aidiyyəti universitetlərin qeydiyyat şərtlərini universitetlərin internet saytları və telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq təsdiq etmələri, saxta qəbul sənədləri məsələsində diqqətli olmaları və yenə bu sənədlərin düzgünlüyünü aidiyyəti universitetlərdə təsdiq etmələri, mümkünsə universitet təhsil haqqı və şəhərcikdə qalış haqları kimi məsrəfləri Türkiyəyə gəldikləri zaman birbaşa aidiyyəti universitet orqanlarına ödəmələrini məqsədəuyğun hesab edir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775