• cümə, 19 Aprel, 18:38
  • Baku Bakı 24°C

Türkiyə səfiri: "Xainlər cəzasını alacaq"

18.07.18 16:49 517
Türkiyə səfiri: "Xainlər cəzasını alacaq"
Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 iyul hərbi çevriliş cəhdinə həsr olunan "Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq" adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkiliHikmət Babaoğlu, media nümayəndələri və digər şəxslər iştirak edib.

Əvvəlcə 15 iyul hadisələrinə dair film nümayiş olunub.

Tədbirdə çıxış edən Türkiyə səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək: "Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlərəməllərinin cəzasını alacaqlar".

H. Babaoğlu çıxışındadeyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidəndoğulmuş sayılır: "FETÖ terrorizmi erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nun ağlı deyil. Bunun arxasında qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxartmasaq, bənzər hadisələrlə yenidən üz-üzə gələ bilərik”.

İLESAM Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Nuri də çıxışında qeyd edib ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz.
banner

Oxşar Xəbərlər