• çərşənbə, 24 Aprel, 03:14
  • Baku Bakı 14°C

Türkiyə səfiri: “Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik”

18.08.16 10:23 2167
Türkiyə səfiri: “Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik”
Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaşın "Report”unŞərqi Avropa bürosunamüsahibəsi
-Cənab səfir, məlum 15 iyul hadisələrindən sonra qardaş ölkədə ictimai-siyasi vəziyyət necədir?
- Türkiyə iyulun15-də çox cidditəhdid vətəhlükəilə üz-üzə qaldı. Əlbəttə, qərbli dostlarımız bu təhlükənin nə qədər böyük olduğunun fərqində deyillər. Lakin biz cumhuriyyət tariximizin ən qanlı dövlət çevrilişi cəhdini yaşadıq. TürkiyəSilahlı Qüvvələrinin içərisindəki Fətullahçı terror təşkilatının(FETÖ) bir qrup üzvü ölkəvətəndaşlarının pulu iləsatınalınan və dövlətin təhlükəsizliyinin təmin olunması üçünistifadə edilənsilahları (F-16 döyüş təyyarələri, tanklar, ağır silahlar və digər zirehlitexnikalar)birbaşa dinc sakinlərətuşladılar. Hətta, Osmanlı dövründən indiyədəkilk dəfə Türkiyə Böyük Millət Məclisihədəfə alınaraq bombalandı. Ancaq türk milləti olduqcagüclü və çətinlikləri çoxsürətlə aşabilən bir bacarığa, birliyə sahibdir. Vətəndaşlarımızın nümayiş etdirdiyihəmrəylik nəticəsində çoxqısa müddətdə böyük təhlükədən xilas olduq. Türkiyədə siyasi görüşündən, ideologiyasından asılı olmayaraq, hər kəs demokratik yolla seçilmiş hökumətin, prezidentin yanında yer aldı. Təəssüf ki,bu böyuk təhdidqərbdəki dostlarımız tərəfindənçox yaxşı başa düşülmədi. AncaqTürkiyədə hər bir vətəndaşın çoxyaxşı bildiyi kimi, bu təhdid dolayısı ilədemokratiyaya, konstitusion quruluşa yönəlmişdi və cəmiyyət bununqarşısında böyük birlik nümayiş etdirdi.Bu günlərdə (avqustun 7-də red)İstanbulda keçirilən"Demokratiya və şəhidlər mitinqi"ndə milyonlarla insan iştirak etdi.Bu, dünyada iştirakçılarınınsayına görə ən böyük sülhməqsədlimitinqlərdən biridir. Çünki mitinqdə Türkiyənin əsasmüxalifət partiyası və parlamentdə təmsil olunandigər partiyaların sədrləri də qatıldılar. Başqa sözlə,hər bir insan təxminən bir aykeçməsinə baxmayaraq, Türkiyədə demokratiyanın, ölkənin sabitliyi və təhlükəsizliyi naminə demokratik yolla seçilmiş rəhbərlərin yanında yer aldılar. Təbii ki, Türkiyəqısa zamanda əvvəlki vəziyyətinə qayıdıb, ölkəiqtisadiyyatında irəliləyiş davam edir, dövlət idarələri sistemli şəkildəişləyir. Çünki Türkiyədəfövqəladə vəziyyət rejimisadəcə dövlət sisteminin FETÖ-çulardan təmizlənməsi və onların müəyyənləşdirilməsiməqsədilə tətbiq olunub. Baş nazirin də söylədiyikimi, fövqəladə vəziyyətin elan edilməsi demokratiyanı və dövlətin təhlükəsizliyini qorumağa yönəlmiş addımdır.
-Hazırda bir neçə ölkədə FETÖ-yə bağlı məktəblər bağlanır. Bəs Rumıniyada necə, bu terror təşkilatına məxsusməktəb və ya universtet, qurumlarvarmı? Səfirlik onların bağlanmasıistiqamətində hər hansı addım atacaqmı?
-FETÖ sadəcə Türkiyədə deyil, mövcud olduğuhər ölkədə dövləttəhlükəsizliyi üçün cidditəhdiddir. Bu günbütün həmkarlarım həm Avropada, həm də Şərqdə televiziyalar və qəzetlərdə FETÖ-nunəsl içüzünü açırlar. Təbii ki,biz dəRumıniyadabu cürişləri davam etdiririk. FETÖ-nün iki istiqaməti var: birincisi,özlərininqanuni yolla mövcudluqlarını qorumaq üçünməktəblər, yardım təşkilatları, fondlardanistifadə etmələri, ikincisi isə dövlət içərisindəgizli şəkildə təşkilatlanmış üzvlərinin xaincəsinə fəaliyyətləridir. Bu datamamilə terrorçuluqdan başqa bir şey deyil. Biz bunun acı nəticələrini iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı müşahidə etdik.Bilirsiniz, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT)məlum hadisələrdən əvvəl FETÖ-nuterror təşkilatı kimitanıyıb. YəniTürkiyə üçün FETÖ artıqbir terror təşkilatı idi. Ona görə dəFETÖ-nün dünyanın hər yerindəzərərsiz görünən təmsilçilərinin fəaliyyətlərinin qarşısının alınmasıüçün zəruri tədbirlər görürük.Türkiyə və Rumıniya strateji tərəfdaşdır. İki ölkə arasındakıəlaqələr bir sırasahələrdə çox yaxındır. Biz Rumıniyaya və Rumıniya da bizə çox güclü müttəfiq olaraq baxır. Dünyanın digər ölkələrində olduğu kimi, Rumıniyada daFETÖ-nün nümayəndələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə dövlətrəsmiləri ilə müntəzəmolaraq görüşlər keçiririk, onları məlumatlandırırıq. Yerli mətbuatın yazdığına görə,Rumıniyada FETÖ-yə bağlı1 universitet, 9 lisey və 1 vəqf var.
- Cənab səfir,ötən il noyabrın 24-də baş vermiş Rusiyanın döyüş təyyarəsinin vurulması ilə nəticələnmiş məlum hadisədənsonra bu ilavqustun 9-daSankt-Peterburqda iki ölkəprezidentləri arasında görüş baş tutdu. Sizcə,hər iki dövlət arasındakı münasibətləri əvvəlki səviyyəyə qaytarmaq mümkün olacaqmı?
-Biz Türkiyə-Rusiya münasibətlərinin əvvəlkisəviyyəyə çatacağına inanırıq. "Soyuq müharibə"dən sonra iki ölkə arasındakıəlaqələr eyni xətt üzrə inkişaf etdirildi. Bunun təməlində xüsusilə iqtisadi və turizm sahəsindəki yaxın əlaqələr, enerji sahəsindəki münasibətlər dayanırdı. Biz Rusiyanı, Rusiya dabizi yaxşı tanıyır. Biz tarix boyunca bir-birimizlə yaxşı münasibətlərdə olan iki böyük güc olmuşuq, bir-birimizi dəinkar edə bilmərik. Çünki bu regionun vazkeçilməz iki böyük dövlətiyik. Biz ötən ilinnoyabr ayına qədər son dərəcə yaxşı olan münasibətlərimizi məlum hadisədən sonra korlamamağa çalışdıq, bu məsələdə diqqətli olduq, diplomatik səylər nəticəsindəmühüm addımlar ataraq əlaqələrimizi normallaşdırdıq. Bu məsələdə hansısanarahatlığın olacağını gözləmirik.ÇünkiTürkiyə-Rusiya münasibətlərinin yenidən bərpası hansısa biryaxınlaşma deyil, normallaşmadır. Noyabrın 24-dənəvvəl Rusiya ilə yaxınlığımız Qərblə münasibətlərimizi və ya NATO-dakı güclümövqeyimizi zədələmirdisə, bu işi eynilədavam etdirəcəyik. Biz hər iki istiqmətdəki əlaqələri bir-birinin alternativi deyil, hətta bir-birinin tamamlayıcısı kimigörürük. Türkiyə kimi regional, tarixi və mədəni gücdən yalnız bircoğrafiyaya istiqamətlənmiş siyasət aparılması gözlənilməməlidir. Bu, tarix boyu belə olub. Biz həm Şərq, həm Qərb, həm də Şimalla əlaqələrimizi qarşılıqlı maraqlar çərçivəsindəinkişaf etdirən dövlət olmuşuq və bundan sonra da belə olacaq.
- Hazırda Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu yaxınlarda hər üç ölkəprezidentinin iştirakı ilə Bakıdazirvə görüşü keçirildi. Bir gün sonra isə Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasının şahidi olduq. Sizcə, bu addımlaryaxın gələcəkdəDağlıq Qarabağmünaqişəsinin həllinə nə kimi töhfələr verə bilər?
- Azərbaycan necəhər zaman mühümməsələlərdə Türkiyənin, türkiyəli qardaşlarının yanında dayanırsa, biz də hər zaman Azərbaycanın, azərbaycanlı qardaşlarımızın Qarabağ münaqişəsinin həlli ilə bağlı mübarizəsindəyanındayıqvə bundan sonra da bu mövqeyimizdə qalacağıq. Son illərAzərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatıvəRusiya-Türkiyə yaxınlaşmasınınDağlıq Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik. Yəni, bizimbelə bir gözləntimiz mövcuddur. Çünki uzun müddətdir həllini gözləyən Dağlıq Qarabağmünaqişəsi nəticə etibarilə bölgə dövlətlərinin əməkdaşlığı və yaxşı niyyətləri sayəsində həll oluna biləcək məsələdir. Biz də bu məsələdə ATƏT-inMinsk qrupunun üzvü olaraqəlimizdən gələni etməyə çalışırıq və Rusiya başdaolmaqla dünyanın aparıcıdövlətlərinin bu işə lazımi töhfə verməsini gözləyirik.
- "Türk Hava Yolları"nınRumıniyaya aviareyslərin sayının artırılması gözlənilirmi?Ümumiyyətlə,Buxarest və Konstansadan sonra hansı şəhərlərə aviareyslərin açılması planlaşdırılır?
- "Türk Hava Yolları" İstanbul-Buxarest xətti ilə gündəlik üç aviareyshəyata keçirir. Biz bunun sayının 4-ə çatdırılmasını istəyirik. Bundan əlavə, paytax Buxarestdən başqa,Konstansa şəhərinədə İstanbuldan aviareys həyata keçirilir. Yaxın zamanlarda İstanbuldan birbaşa Kluj-Napoka şəhərinə də aviareysaçmağı planlaşdırırıq. İndi bununla bağlıqərarımız var. Rumıniya bizim üçün mühüm bazardır. "Türk Hava Yolları" ölkənin dinamizmini, iqtisadiyyatın gücünü göstərən bayraqdar rolunu oynayır. Şirkətin Rumıniyaya investisiya qoyuluşlarıdavam edəcək
banner

Oxşar Xəbərlər