AZE | RUS | ENG |

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyə səfiri Mətbuat Şurasında olub
Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Şuradan Trend-ə verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media birliklərinin əlaqələrində də duyulmaqdadır.
Bu gün Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana çoxsaylı jurnalist səfərləri gerçəkləşdirilməkdədir.
Azərbaycan jurnalistləri üçün Türkiyənin kütləvi informasiya vasitələri böyük təcrübə mənbəyidir. Türkiyə mediası isə Azərbaycan mediasına ümumən Qafqaz bölgəsi ilə bağlı məlumatların mənbəyi kimi yanaşmaqdadır. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrimiz, eləcə də jurnalist birliklərimiz arasındakı münasibətlər eyni zamanda ölkələrimizlə əlaqədar həqiqətlərin dünya birliyinə çatdırılması sahəsindəki əməkdaşlıq bağına malikdir. Bu, eyni zamanda etibarlı tərəfdaşlıq deməkdir və onun daha da möhkəmlənməsinə ehityac duyulmaqdadır. Ə.Amaşov həmçinin bildirib ki, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı işbirliyinin yaradılması və möhkəmlənməsində Türkiyənin Azərbaycandakı səfirliyinin bir diplomatik missiya kimi hər zaman xidmətləri olub və bu ənənənin davamlılığı məmnunluq yaradır.

Səfir E.Özoral Türkiyə-Azərbaycan media əlaqələrinin daha da intensivləşməsinin siyasi və mənəvi əhəmiyyətindən söz açıb. Bu xüsusda qarşıda duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Türkiyə və Azərbaycan mediası hər iki ölkə ilə bağlı yayılan informasiyalara həssas yanaşmalı, hər hansı spekulyativ məqamların ictimai rəyə təsirini nəzərə alaraq fəaliyyət göstərməlidir. Görüşdə həmçinin media sahəsindəki perspektiv əməkdaşlıq məsələlərinə diqqət yetirilib, yeni layihələr ətrafında məsləhətləşmələr aparılıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779