• cümə, 19 Aprel, 18:42
  • Baku Bakı 24°C

Türkiyə qırıcıları Şimali İraqa bomba yağdırır

30.07.15 20:02 1372
Türkiyə qırıcıları Şimali İraqa bomba yağdırır
Bu gün Türkiyənin Şırnak əyalətində 3 hərbçinin PKK silahlıları tərəfindən qətlə yetirilməsindən sonra çoxsaylı bombardmançı təyyarələr havaya qalxıb. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Şırnakın Görməç və Sislicə adlanan ərazilərində məzuniyyətdən qayıdan hərbçilərin təhlükəsizliyinə təmin edən əsgərlərə atəş açılmasından sonra Türkiyə Hərbi Hava Qüvvələri yenidən PKK-nın İraqdakı düşərgələrinə zərbələr endirməyə başlayıb.
F-16 təyyarələrinin əsasən PKK-nın Zap, Metina və Haftani bölgələrindəki düşərgələrini vurduğu bildirilir.
banner

Oxşar Xəbərlər