• cümə axşamı, 25 aprel, 15:40
  • Baku Bakı 23°C

Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

14.01.18 21:35 525
Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib
Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.
"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, o, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.
"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür, Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", - deyə o bildirib.
Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.
"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər