• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

Türkiyə prezidentinin məsləhətçisi: “Rusiya terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırsa, çox şey qazanar”

21.11.16 13:03 991
Türkiyə prezidentinin məsləhətçisi: “Rusiya terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırsa, çox şey qazanar”
”ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir”.
APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib. O, 300 milyonluq türk dünyasının, 1 milyard 700 milyonluq islam dünyasının mövcud olduğunu xatırladıb: "Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırarsa və Qarabağda haqlı olan tərəfin yanında durarsa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyon insanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram”.
Y. Topçu qeyd edib ki, Rusiya prezidentiVladimir Putinböyük dövlət adamıdır: "Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular”.
banner

Oxşar Xəbərlər