• cümə, 19 Aprel, 03:02
  • Baku Bakı 18°C

Türkiyə prezidentinə qarşı sui-qəsdin qarşısı alındı

29.11.13 12:09 1003
Türkiyə prezidentinə qarşı sui-qəsdin qarşısı alındı
Ölkə prezidentinin iqamətgahının yerləşdiyi Çankaya Köşkünə yaxınlaşan və nəzarət postundan keçmək istəyən şəxs çantasını açmaqla bağlı tələbi rədd edib.
"Çantamın qıfılı şifrəlidir. Şifrəni yalnız prezident Abdulla Gül tapa bilər", - kişi deyib.
Milli.Az DHA-ya istinadən bildirir ki, həmin şəxs mütləq şəkildə Türkiyə prezidenti Abdulla Güllə görüşməli olduğunu deyib.
Mühafizə xidmətinin əməkdaşları dərhal həmin şəxsi tutublar. Onun çantasından icazəsiz tapança, güllələr və narkotik maddə çıxıb.
Tutulan adama qarşı "Türkiyə prezidentinə qarşı silahlı sui-qəsd cəhdi" ilə bağlı cinayət işi qaldırılıb.
banner

Oxşar Xəbərlər