• şənbə, 20 Aprel, 06:21
  • Baku Bakı 14°C

Türkiyə prezidenti və BMT baş katibi arasında telefon danışığı olub

19.05.18 09:40 493
Türkiyə prezidenti və BMT baş katibi arasında telefon danışığı olub
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanvəBMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanıSuriyavə Fələstindəki vəziyyət müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətlərinə dünya ictimaiyyəti tərəfindən daha sərt reaksiya verilməlidir.
Ərdoğan və QuterreşBMT-nin İnsan Haqları Şurasının İsraili qınayan qərarını və Qəzza zolağında baş verən hadisələri araşdırmaq üçün müstəqil komissiyanın yaradılmasını müsbət qiymətləndiriblər.
Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çoxu yaralanıb.
banner

Oxşar Xəbərlər