• cümə, 29 Mart, 11:28
  • Baku Bakı 5°C

Türkiyə prezidenti Tacikistana səfərə gəlib

15.06.19 09:22 457
Türkiyə prezidenti Tacikistana səfərə gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistana səfərə gəlib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, T.Ərdoğanı Düşənbə şəhərinin hava limanında Tacikistan Milli Məclisinin (parlament) sədri Məhmətsəid Ubadullayev, XİN rəhbərinin müavini Xusrav Neoziri, Düşənbə şəhər administrasiyasının sədr müavini Məhmədzaid Zuvayzoda, Türkiyənin Tacikistandakı səfiri Əli Rifat Köksal qarşılayıblar.
Bildirilir ki, Türkiyə prezidenti Tacikistanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammitində iştirak edəcək.
Bundan əlavə, T.Ərdoğan Tacikistan prezidenti Emoməli Rəhmon ilə də görüşəcək.
banner

Oxşar Xəbərlər