• cümə, 29 Mart, 00:25
  • Baku Bakı 7°C

Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək

26.08.19 18:00 6008
Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya işgüzar səfərə gedəcək.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkə başçılarının görüşü olacaq. Tərəflərin ikitərəfli və nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə Türkiyə-Rusiya ikitərəfli əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək, həmçinin bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
Türkiyə Prezidenti dünyanın aparıcı tədbirlərindən olan MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında da iştirak edəcək.
banner

Oxşar Xəbərlər