• cümə, 26 Aprel, 11:35
  • Baku Bakı 12°C

Türkiyə prezidenti: "Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram"

10.03.17 21:00 591
Türkiyə prezidenti: "Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram"
"FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumunuzdur. Bu mövzuda göstərdiyini həssaslığa görə sizə təşəkkürümü bildirirəm".
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanRusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. "Ancaq bu terror təşkilatının başqa adlar altında fərqli sahələrdə gizli fəaliyyət göstərdiyini unutmaq olmaz. Moskva və Sankt-Peterburqda FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram", - deyə o, söyləyib.
banner

Oxşar Xəbərlər