• çərşənbə axşamı, 19 mart, 10:18
  • Baku Bakı 8°C

Türkiyə prezidenti Pentaqonu əxlaqsız adlandırıb

23.02.18 14:20 408
Türkiyə prezidenti Pentaqonu əxlaqsız adlandırıb
"Bu yay həm terrorçular, sonra onları dəstəkləyənlər üçün çox isti keçəcək”
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsindəSuriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədriRəcəb Tayyib Ərdoğanbildirib ki, bu, vicdansızlıq, əxlaqsızlıqdır.
Türkiyə prezidenti qeyd edib ki, ABŞSuriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir: "Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib çatır. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqinisuriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.
banner

Oxşar Xəbərlər