• çərşənbə axşamı, 19 mart, 15:19
  • Baku Bakı 8°C

Türkiyə prezidenti: "Moskva Bəşər Əsədə qarşı mövqeyini dəyişib"

26.04.17 09:40 1041
Türkiyə prezidenti: "Moskva Bəşər Əsədə qarşı mövqeyini dəyişib"
MoskvaSuriyaprezidentiBəşər Əsədə qarşı mövqeyini dəyişib.APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters"ə müsahibəsində deyib.
Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm".
"Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq”, - deyə Türkiyənin dövlət başçısı əlavə edib.
Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyiniSuriyaxalqının müəyyənləşdirməli olduğunu bəyan edib.
banner

Oxşar Xəbərlər