• cümə, 19 Aprel, 22:59
  • Baku Bakı 24°C

Türkiyə prezidenti: “Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik”

01.10.17 17:45 1439
Türkiyə prezidenti: “Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik”
"Bu xaotik dönəmdə ŞimaliİraqKürdüstan Muxtariyyətinin keçirdiyi referendum, müstəqillik iddiası başqa güclərin oyuncağı olmaqdan başqa bir anlam daşımır”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxış edən Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.
Türkiyə prezidenti deyib ki, bu fitnə quyusunun qazanılmasına Türkiyə göz yuma bilməz: "Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik. Bunamütləq cavab verərik. Şəxsi iddia və iqtidar mübarizəsi üzündən atılan bu yanlış addımdan dərhal geri dönülməsini gözləyirik. Şimaliİraqhakimiyyəti məyusluqla üzləşməyə məhkumdur. Əgər Şimaliİraqhakimiyyəti bu yanlışdan dönərsə, Türkiyə bu qardaşlarının yanında olmağa davam edəcək”.
banner

Oxşar Xəbərlər